Kamçatka sahilində 6 bala yaxın zəlzələ qeydə alınıb
18.04.2023
Rusiyanın Kamçatka yarımadasının cənubunda 5,6 bal gücündə zəlzələ baş verib.
Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsinin saytında məlumat verilib.
Məlumatda qeyd olunur ki, zəlzələnin episentri Petropavlovsk-Kamçatsk şəhərindən 144 kilometr aralıda olub.
İlkin məlumata görə, tələfat və dağıntı yoxdur. Sunami təhlükəsi elan edilməyib.
Mənbə: Emsd.ru