Bu il 15 universitet akkreditasiyadan keçiriləcək
17.04.2023
Bu ilin sonuna qədər 15 ali təhsil müəssisəsinin akkreditasiyadan keçirilməsi nəzərdə tutulub.
"DM" xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Keyfiyyət təminatı departamentinin direktoru İlham Hümbətov deyib.
O bildirib ki, hazırda ölkəmizdə fəaliyyət göstərən ali məktəblərin sadəcə 35-də keyfiyyətin təminatı bölməsi fəaliyyət göstərir:
"Bunun da əsas səbəbi qanunvericilikdə bu istiqamətdə konkret tələbin olmamasıdır".