ABŞ Dövlət Departamenti katibinin köməkçisinin müavini Ermənistanda səfərdədir
17.04.2023
ABŞ Dövlət Departamenti katibinin köməkçisinin müavini Erika Olson Ermənistanda səfərdədir.
"DM" xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, ABŞ-ın Ermənistan-Azərbaycan sülh sazişinə dəstəyi və ABŞ-Ermənistan ikitərəfli əlaqələrini müzakirə etmək üçün Erika Olson hökumət rəsmiləri və digər şəxslərlə görüşəcək.
Səfirlik bildirib ki, səfər 2 gün davam edəcək.