Karakasda xüsusi əməliyyat
14.11.2018
Əməliyyatda 7 nəfər öldürülüb, 60 nəfər həbs olunub.
Venesuela polisinin xüsusi əməliyyatı nəticəsində Karakasda azı 7 nəfər öldürülüb, 60 nəfər həbs olunub.
RİA Novosti xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Nestor Reverol açıqlama yayıb.
Nazirin sözlərinə görə, əməliyyat quldurların zabitə hücum edərək silahını almaları və onun üz nahiyəsinə atəş açmalarından sonra həyata keçirilib.
"Globovision” telekanalı bildirib ki, cinayətkar qrup binalardan birində gizlənib və polisə silahlı müqavimət göstərib.