21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Nazir: “Ali təhsil sistemi ilə bağlı bir neçə prioritetimiz var”

17.04.2023

"Son illər təhsildə keyfiyyət mədəniyyətinə keçid əsas hədəflərdən biridir. Ali təhsil sistemi ilə bağlı bir neçə prioritetimiz var. Universitetlərin reytinq siyahılarında irəliləməsi əsas hədəflərdəndir”.

"DM” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Keyfiyyət Təminatı Agentliklərinin fəaliyyətlərinin Avropa Ali Təhsil məkanında Keyfiyyət üzrə Standart və Təlimatlara” həsr olunan kollegial məşvərət iclasında çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, reytinq önəmli olsa da, heç də həmişə əsas olmur:

"Başa düşməliyik ki, reytinqlərin formalaşması bir neçə məqamdan asılıdır. Əlimizdə olan statistikaya baxanda 2026-cı ilə qədər bu yolu getmək çağırışlı görünür. Bu da öz növbəsində ali təhsil müəssisələrində proses dəyişikliklərinə gətirib çıxarmalıdır.
Ali təhsilin daha əlçatan olması məhz keyfiyyət göstəricilərinə uyğun olaraq yeni maliyyələşmə mexanizminə əsaslanır. Ali təhsil islahatları istiqamətində gedəcəyimiz yolda universitetlərə muxtariyyət verilməsi artacaq”.

E.Əmrullayev əlavə edib ki, həm Azərbaycanda, həm də Avropada keyfiyyət təminatı sahəsində fərqli yanaşmalar var:

"Eyni olmasa da, uyğunlaşdırılmış model tətbiqi ölkəmizdə də həyata keçiriləcək”.