İranda tanınmış qadın fəala ağır həbs cəzası verilib
17.04.2023
Tehran İnqilab Məhkəməsi İranda tanınmış qadın fəal Gülrux İbrahimi barəsində qərar çıxarıb. O, "toplaşmaq və əlbir olmaq”, "hökumətə qarşı təbliğat aparmaq” maddələri ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə "Azad İran” "Telegram” kanalı xəbər verib.
Məlumata görə, onun, həmçinin ölkədən çıxışına, ictimai fəaliyyətinə və Tehranda yaşamasına qadağa qoyulub.
G.İbrahimi barəsində irəli sürülən ittihamları rədd edib və qərarın İranda etirazçı qadınları qorxutmaq üçün verildiyini bildirib.
Qeyd edək ki, Gülrux İbrahimi tanınmış hüquq müdafiəçisi, ictimai fəal və keçmiş siyasi məhbus Arəş Sadiqinin həyat yoldaşıdır.
Qadınların hüquqlarını müdafiə etdiyi üçün bir neçə dəfə saxlanılan Gülrux İrayi sonuncu dəfə 2022-ci ilin oktyabr ayında həbs edilib. O, hazırda Tehranın Evin həbsxanasında saxlanılır.