21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Ukraynanın müdafiə naziri Türkiyədən üzr istəyib

17.04.2023

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov bir neçə gün əvvəl İspaniyanın "La Razon” nəşrinə müsahibəsində ölkəsində gedən müharibədə həlak olanların sayı ilə Türkiyədə dağıdıcı zəlzələdə ölənlərin sayını müqayisə etdiyinə görə rəsmi Ankaradan üzr istəyib.

Reznikov üzrxahlıq mətnini özünün "Twitter” səhifəsində dərc edib.

"Ukraynalılar türk xalqının dərdinə şərikdirlər. Biz minlərlə günahsız insanı dəfn etməyin nə olduğunu başa düşürük. Ukraynada və Türkiyədə olan hər kəsdən səmimi qəlbdən üzr istəyirəm”, - nazir vurğulayıb.
Xatırladaq ki, bu il fevralın 6-da Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində 50 mindən çox insan həlak olub.