Azad olunmuş ərazilərin investisiya cəlbediciliyi ilə bağlı konfrans keçirilir
17.04.2023
Şamaxıda işğaldan azad olunmuş ərazilərin investisiya cəlbediciliyi ilə bağlı elmi-praktik konfrans işə başlayıb.
"DM" xəbər verir ki, konfrans Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə keçirilir.
Konfransda dövlət qurumlarının, aparıcı elm-təhsil müəssisələrinin mütəxəssisləri iştirak edir.