DYP dumanlı hava şəraiti ilə bağlı xəbərdarlıq edib
17.04.2023
Baş Dövlət Yol Polisi İdarəsi dumanlı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib.
İdarədən verilən xəbərə görə, xəbərdarlıqda deyilir:
"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən aprelin 17-də ölkə ərazisində dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarının bəzi yerlərində görünüş məsafəsinin 200-700 metrədək məhdudlaşacağı gözlənilir.
Gecə və səhər saatlarında daha çox müşahidə olunan dumanlı hava digər hərəkət iştirakçılarının, eləcə də nizamlama vasitələrinin vaxtında və aydın görünməsinə ciddi maneə yaratdığı üçün sürücülərdən belə havalarda daha diqqətli olmaq, sürət həddini və ara məsafəsini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına əmin olmaq, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmək tələb edilir".