Şoyqu Sakit Okean Donanmasının qəfil yoxlanışı barədə Putinə məruzə edib
17.04.2023
Rusiyanın Sakit Okean Donanmasının yoxlanılmasında 25 mindən çox hərbçi iştirak edir.
"DM" xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu ölkə başçısı Vladimir Putinə məruzəsində bildirib.
Onun sözlərinə görə, aprelin 14-dən Sakit Okean Donanmasının qəfil yoxlanılmasına başlanılıb: "Buraya 25 mindən çox hərbi qulluqçu, 167 döyüş gəmisi və yardımçı gəmilər, o cümlədən 12 sualtı qayıq, 89 təyyarə və helikopter cəlb olunub”.
Rusiya prezidenti Vladimir Putin Sakit Okean Donanmasının qəfil yoxlamasının birinci mərhələsinin çox yüksək səviyyədə keçirildiyini bildirib.