Ukrayna ilə sərhəd Belqorod vilayətinə PUA-lar hücum edib
17.04.2023
Ukrayna dronları ötən gecə Rusiyanın Belqorod vilayətində iki elektrik yarımstansiyasına hücum edib.
"DM" BAZA "Telegram” kanalına istinadən xəbər verir ki, dünən axşam saat 11 radələrində PUA-lar İqumenkadakı yarımstansiyaya iki, Draqunskoye kəndindəki yarımstansiyaya bir bomba atıb, bundan sonra oradakı transformatorlar yanıb.
Yanğın bir saat ərzində söndürülüb. Ölən və yaralananların olmadığı bildirilib.