Türkiyəli nazir: “İstanbulun təcili zəlzələyə hazırlanması lazımdır”
17.04.2023
Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum İstanbulun təcili olaraq zəlzələyə hazırlanmasının lazım olduğunu bildirib.
Bu barədə o, Ümraniyedə Ədalət və İnkişaf Partiyasının üzvləri ilə imsak toplantısında deyib.
"Ümraniye bələdiyyəsi ilə birlikdə təxminən 77 min kvadratmetrlik bir sahədə işə başlayacağıq. Hər kəsin təhlükəsiz, dinc və xoşbəxt yaşayacağı İstanbul üçün 20 ildə olduğu kimi, böyük sevgi ilə və dəqiq çalışacağıq. Yaşıl bağlarımız vətəndaşlarımızı bir araya gətirəcək və zəlzələ anında toplanma yeri olacaq. İstanbulun təcili olaraq zəlzələyə hazırlanması lazımdır”, - deyə o qeyd edib.
Mənbə: TRT Haber