Ali Məhkəmənin mətbuat katibi istefa verib
14.04.2023
Ali Məhkəmənin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri - mətbuat katibi Allahverdi Məmmədli işdən ayrılıb.
"DM" xəbər verir ki, Allahverdi Məmmədli vəzifəsindən azad olunması üçün ərizə yazıb.
O, yaş həddi ilə bağlı vəzifədən azad olunması xahişi ilə Ali Məhkəmənin sədrinə ərizə ilə müraciət edib.
Hələlik onun yerinə təyinat yoxdur.
Qeyd edək ki, Allahverdi Məmmədli 1956-cı ildə Naxçıvan MR Babək rayonunun Nehrəm kəndində anadan olub. Filologiya elmləri doktoru, professordur. Ali Məhkəmənin mətbuat katibi vəzifəsindən əlavə Bakı Dövlət Universitetində çalışır.