"Avropa islamofobiyadan əl çəkməlidir" - Çavuşoğludan sərt tənqid
13.11.2018
Avropa öz gələcəyi üçün böyük təhdid doğuran islamofobiyadan əl çəkməlidir.
"Dövran Media" Trend-ə istinadən bildirir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O qeyd edib ki, əgər bu, baş verməsə, yaxın zamanlarda Avropadakı vəziyyət İkinci Dünya müharibəsindən əvvəlki dövrü xatırladacaq.
Nazirin sözlərinə görə, Avropada mədəniyyətlərarası dialoqu bərpa etmək lazımdır.
M.Çavuşoğlu həmçinin əlavə edib ki, Türkiyə regionda sülhün təmin olunması prosesində vacib iştirakçılardan biridir.