21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Qriqoryan Rusiyaya zərbənin anonsunu verib

14.04.2023

Ermənistan Avropa Birliyinin mülki missiyasının imkanlarını genişləndirmək istəyir.

"DM" Globalinfo.az-a istinadən xəbər verir ki, bu qənaətə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın "Civil.net”ə müsahibəsindən sonra gəlmək olar.

Belə ki, Qriqoryan Azərbaycanla yaşanan son insidentin həm də AB missiyasını sıxışdırmaq cəhdi olduğunu iddia edərək, Brüsseldən bu istiqamətdə addımlar gözlədiklərini bildirib. O həmçinin göstəriləcək əlavə səylər sayəsində avropalı müşahidəçilərin sərhəddə stabilliyi təmin edə biləcəklərini söyləyib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın mülki missiyanın sərhəddəki destabilizasiyanın əsas səbəbkarı olması açıqlamasını şərh edən Qriqoryan Rusiyaya mesaj da yollayıb. O, Rusiyanın Ermənistan sərhədlərində mövcudluğunun 1990-cı illərdən olduğunu və bu dönəmlərdə çoxsaylı destabilizasiya faktının qeydə alındığını deyib.

Qriqoryan müsahibəsi zamanı Qarabağda Ermənistanın əsas məqsədinin nə olduğunu da açıqlayıb:

"Bizim məqsədimiz Qarabağda beynəlxalq mexanizm yaratmaqdır, hansı ki, onun əsasında Bakı-Xankəndi arasında ermənilərin haqları və təhlükəsizliyi məsələləri ilə bağlı dialoq baş tutacaq. Lakin Xankəndidəki ermənilər təhlükəsizlik zəmanətinin nə olduğunu özü müəyyənləşdirməlidir”.

Bununla belə, o, İrəvanın Azərbaycanla heç vaxt reinteqrasiya məsələsini müzakirə etmədiyini deyib.

Qriqoryanın açıqlamasında ən önəmli məqam KTMT ilə bağlı etirafı olub. Onun sözlərinə görə, İrəvanın 2020-ci ildən sonra KTMT-yə yardım üçün dəfələrlə müraciət etməsinə baxmayaraq, müxtəlif bəhanələr, o cümlədən sərhədlərin tanınmaması əsas gətirilərək, rədd cavabı alıb. O, yalnız bundan sonra alternativ axtarmağa cəhd etdiklərini söyləyib. Rusiyanın İrəvanın Qərbə üz tutması iddialarına cavab verən Qriqoryan "Ermənistanı xarici siyasətini dəyişməkdə ittiham edənlər ilk növbədə özlərini günahlandırsınlar, çünki əgər onlar yardım etmirlərsə, biz nə isə düşünməliyik” deyib.