Qərbi Azərbaycan İcmasının sədri mediaya çağırış edib
14.04.2023
"Qərbi Azərbaycanla bağlı mediada təkrar mətnlər, təkrar kadrlar təqdim olunur”.
"DM" xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Milli Məclisin Mədəniyyət komitəsində İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsinin müzakirəsi zamanı deyib.
"Bunun üçün Qərbi Azərbaycan İcması var, bizə müraciət edilməlidir. Yeni statistik rəqəmlər, faktlar, xəritələr bizdə var, yetər ki, media bunu bizdən istəsin. Bizim icmada 400-dən çox mütəxəssis cəmləşib. Bizdə olan faktlar, sənəd-sübutlar mediaya, efirlərə daşınmalıdır”, - o, əlavə edib.