Rusiyanın Sakit Okean Donanmasında qəfil yoxlamalar başlayıb
14.04.2023
Rusiya Sakit Okean Donanması yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.
"DM" xəbər verir ki, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib. O, donanmada qəfil yoxlamaların başlandığını elan edib.
Şoyqunun sözlərinə görə, əsas məqsəd potensial düşmənin təcavüzünü dəf etmək üçün tapşırıqları həll etmək bacarığını artırmaqdır.
Yoxlamaya Hərbi Dəniz Qüvvələrinin Baş Komandanı Nikolay Yevmenov nəzarət edir.
Donanmanın dəniz zərbə qruplarını və şərti düşmənin yer hədəflərini məhv etmək üçün raket buraxılışları həyata keçirəcəyi, həmçinin uzaqmənzilli aviasiyanın da cəlb olunacağı planlaşdırılır.