KİV: NATO-nun 100-ə yaxın xüsusi təyinatlı hərbçisi Ukraynada fəaliyyət göstərir
14.04.2023
NATO-nun 100-ə yaxın hərbçidən ibarət xüsusi təyinatlı qüvvələri Ukraynada fəaliyyət göstərir.
"DM" xəbər verir ki, bu barədə "Politico” yazıb.
Nəşrin yazdığına görə, ABŞ Ukraynadakı döyüş əməliyyatlarında iştirak etmədiyini iddia etdiyi halda, ABŞ-ın Ukraynadakı səfirliyi bu ölkənin hərbi mövcudluğunu təsdiqləyib.
İnternetə sızdırılan Pentaqonun sənədlərinə əsasən, Ukraynada NATO-nun üzv ölkələrinin xüsusi təyinatlı qüvvələri fəaliyyət göstərir.
Qeyd olunub ki, ABŞ-NATO kontingentindəki 97 nəfərin arasında Böyük Britaniya hərbçiləri üstünlük təşkil edir. Belə ki, Ukraynaya 50 nəfər Böyük Britaniya xüsusi təyinatlısı göndərilib.
Həmçinin bu qrupa Latviyadan 17, Fransadan 15 və Hollandiyadan 1 nəfər daxildir. ABŞ isə qrupa 14 hərbçi göndərib.