21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Dövlət Komitəsi: Ermənilər Azərbaycandakı alban kilsələrində ibadət etməyiblər

14.04.2023

Xristianlığın İsa Məsihin həvariləri vasitəsilə yayıldığı və rəsmi dövlət dininə qədər inkişaf etdiyi Qafqaz Albaniyası Azərbaycan ərazisində yerləşən ən qədim dövlətlərdən biri olub.

"DM" xəbər verir ki, bunu "Qafqaz Albaniyası: Dini və sosial həyatı" adlı X beynəlxalq konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

Onun sözlərinə görə, Qafqaz Albaniyasının Müstəqil - Apostol Kilsəsinin öz başlanğıcını bilavasitə Qüds Kilsəsindən götürməsi, onu Erməni-qriqoryan Kilsəsindən fərqləndirən və tarix boyu erməniləri qıcıqlandıran əsas amil olub: "Məhz buna görə də biz tarixin müxtəlif dövrlərində ermənilərin bu torpaqları zəbt etmiş yadellilərə yarınmaqla Alban Kilsəsini Erməni-qriqoryan Kilsəsindən asılı vəziyyətə salmağa cəhd etdiyinin şahidi oluruq.

Məlumdur ki, 1836-cı ildə Alban Katolikosluğu ləğv edildikdən sonra Azərbaycandakı alban kilsələri Erməni Qriqoryan Kilsəsinin himayəsinə keçsə də, ermənilər bu kilsələrdə ibadət etməyiblər. Hətta sovet dövründə həmin tarixi abidələr Azərbaycan xalqının irsi kimi mühafizə olunub, orada heç zaman dini ayin icra edilməmiş və xalqımız tərəfindən qorunub-saxlanıb. Ermənilər yalnız Azərbaycan ərazilərini işğal etdikdən sonra alban kilsələrini qriqoryanlaşdırıb, onun interyerində və eksteryerində dəyişikliklər aparıblar. Bunu da Qarabağı zəbt etdikdən sonra, bu torpaqlarda daimi məskunlaşmaq məqsədilə ediblər”.

Dövlət Komitəsinin sədri deyib ki, Ermənistan işğalçılıq siyasətini davam etdirdiyi onilliklər ərzində beynəlxalq missiyaların Azərbaycanın işğal olunmuş ərazilərini ziyarət etməsinə də icazə verməyib: "Bu fakt beynəlxalq təşkilatların hesabatlarında da öz təsdiqini tapıb. Belə ki, UNESCO-nun 2005-ci ildə nəşr olunan Fəaliyyət Hesabatında deyilirdi: "Azərbaycan hökuməti Dağlıq Qarabağda və digər işğal olunmuş ərazilərdə mədəni irsin qorunması ilə bağlı narahatlığını ifadə etmiş və bu ərazilərə faktaraşdırıcı missiyasının göndərilməsini xahiş etsə də, işğal səbəbindən bunu həyata keçirmək mümkün olmamışdır”.

İşğalçı Ermənistanın işğal zamanı Azərbaycan ərazisində mədəni abidələrə qarşı törətdiyi hərbi cinayətləri həmin yerləri öz gözləri ilə görən xarici jurnalistlər tərəfindən də qeydə alınıb və onlar Ağdam şəhərini "ruhlar şəhəri”, "kiçik Xirosima” adlandırıblar. Təsadüfi deyildir ki, yaşayış məntəqələrinin Ermənistan dövləti tərəfindən məqsədli və planlı şəkildə məhv edilməsi müxtəlif xarici media strukturlarında vurğulanıb”.