21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Prezident : Azərbaycan Bosniya və Herseqovinaya sərmayə qoymaqda maraqlıdır

13.04.2023

Strateji tərəfdaşlıq əlaqələri xüsusi əlaqələrdir, bu, hər iki ölkə üzərinə çox böyük məsuliyyət qoyur. Biz bu məsuliyyətə hazırıq.

"DM" xəbər verir ki, bunu Prezident İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç ilə birgə mətbuata bəyanatla çıxışı zamanı deyib.

"Əminəm ki, Bosniya və Herseqovina və Azərbaycan, sözün əsl mənasında, strateji tərəfdaşlar kimi bundan sonra birgə fəaliyyət göstərəcək. Əməkdaşlığın digər istiqamətləri ilə bağlı onu deyə bilərəm ki, ticarət dövriyyəsinin artırılması məsələsi gündəlikdədir. Biz xahiş etdik ki, bizə konkret investisiya layihələri təqdim edilsin. Biz bu layihələrə baxaq, onları incələyək və qısa müddət ərzində öz cavabımızı verək. Biz ölkənizə sərmayə qoymaqda maraqlıyıq”, - Prezident vurğulayıb.