Prezident: Azərbaycan da Bosniya və Herseqovinanın ərazi bütövlüyünü dəstəkləmişdir
13.04.2023
Bir məsələni də xüsusilə qeyd etmək istəyirəm: iki il yarım bundan əvvəl Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəndə – İkinci Qarabağ müharibəsi zamanı Bosniya və Herseqovina qətiyyətli şəkildə Azərbaycanı dəstəkləmişdir. Bizim haqq işimizi dəstəkləmişdir. Bu, dostluq və qardaşlıq mövqeyidir. Buna görə biz sizə minnətdarıq.
"DM" xəbər verir ki, bunu Prezident İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç ilə birgə mətbuata bəyanatla çıxışı zamanı deyib.
"Azərbaycan da, öz növbəsində, bütün məsələlərdə, o cümlədən Bosniya və Herseqovinanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı ilə bağlı birmənalı şəkildə, Bosniya və Herseqovinanın maraqlarını dəstəkləmişdir”, - Prezident İlham Əliyev qeyd edib.