AB Rusiyaya sanksiya tətbiq edəcək
13.11.2018
Avropa Birliyi yaxın zamanlarda Rusiyaya münasibətdə yeni məhdudlaşdırıcı tədbirlər görə bilər.
"Dövran Media" xəbər verir ki, bunu "RİA Novosti”yə açıqlamasında ABŞ-ın AB-dəki Daimi Nümayəndəliyinin rəhbəri Qordon Sondlend deyib. Onun sözlərinə görə, Qərb ölkələrində Rusiyanın fəaliyyətlərinə qarşı böyük narazılıq var.
O, gələcəkdə hansı ittihamla Rusiyaya qarşı sanksiya tətbiq ediləcəyini açıqlamayıb.