03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

İstanbulda qırılma xəttinə yaxın sahil yolunda sürüşmə əmələ gəlib - FOTO

13.04.2023

Türkiyənin İstanbul şəhərində Beylikdüzü Gürpınar sahilindəki piyada yolunda çökmələr əmələ gəlib və bu proses davam edir.  

Çökmə baş verən hissənin düz yanında yerləşən kafe diqqət çəkib. Belə ki, kafenin dənizə yaxın hissəsində sürüşmənin olduğu müşahidə edilib.

Türkiyəli professor Süleyman Dalğıc Şimali Anadolu qırılma xəttinin buradan təxminən 15 kilometr uzaqlıqda olduğunu bildirib. O qeyd edib ki, böyük bir zəlzələ olacağı təqdirdə bu sahil xətti daha çox zədələnə bilər.

"Ona görə də burada təcili tədbirlər görülməlidir. Gedən proseslər nəticəsində burada dənizə doğru təxminən 1,5 metr məsafədə yenidən sürüşmə baş verə bilər. Əgər zəlzələ insanların yayda sahildə gəzdiyi zaman baş verərsə, bu, vətəndaşlarımız üçün təhlükəli ola bilər”, - deyə o vurğulayıb.

Mənbə: Haber Global