21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

İsveçin NATO-ya üzvlüyü ilə bağlı səsvermə yaz sessiyasında keçiriləcək

13.04.2023

"Son illərdə İsveç və Finlandiya siyasətçiləri və hökumət üzvləri müntəzəm olaraq Macarıstana böhtan atıblar, saxta ittihamlar irəli sürüblər, haqqımızda təhqiramiz yalanlar söyləyiblər və hətta Brüsseldən Macarıstan üçün ayrılan maliyyənin çıxarılmasını tələb ediblər. Hesab edirik ki, NATO-ya üzvlüklə bağlı müraciət bunlara aydınlıq gətirməyə imkan verir".

"DM" xəbər verir ki, bunu Macarıstanın hakim partiyanın "FİDES - Macarıstan Vətəndaş Birliyi" fraksiyasının parlamentdəki lideri Mate Koçiş həftəlik "Mandiner" qəzetinə müsahibəsində deyib.

O bildirib ki, İsveçin NATO-ya üzvlüyü ilə bağlı müzakirələr sona çatmayıb.

"Biz İsveçin qəbulu ilə bağlı qərar verən sonuncu ölkə olmayacağıq, onların NATO-dan bir müddət daha kənarda qalması bizə görə deyil.
Finlandiya və İsveçə səfər edən parlament nümayəndə heyəti finlərdən Macarıstanın layiq olduğu hörməti görəcəyinə dair zəmanət alıb və nümayəndə heyətinin fikrincə, istənilən mübahisələr sivil şəkildə müzakirə oluna bilər. İsveçlə bağlı məsələdə bu daha fərqlidir", - o bildirib

İqtidar partiyasının təmsilçisi ölkədəki müxalifətin Macarıstan hökumətinin bu məsələdə Türkiyəni gözləməsi ilə bağlı səsləndirdiyi fikirlərə də münasibət bildirib.
"Köhnə "solçu"lar hər şey və hər kəs haqqında təxmin etməyi sevirlər. İndi növbə Türkiyənindir. Hələ də anlamırlar ki, Macarıstanı suveren ölkədir".

Mate Koçiş bildirib ki, İsveçin NATO-ya üzv qəbul olunması ilə bağlı Macarıstan parlamentində səsvermənin yaz sessiyasında keçirilməsi gözlənilir.