Norveç Rusiya səfirliyinin 15 əməkdaşını “persona non qrata” elan edib
13.04.2023
Norveç hökuməti Rusiyanın bu ölkədəki səfirliyinin 15 əməkdaşını "persona non qrata” elan edib.
"DM” TASS-a istinadən xəbər verir ki, bu barədə Norveç Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, buna səbəb həmin əməkdaşların diplomatik statuslarına uyğun olmayan fəaliyyətlə məşğul olmalarıdır.