ABŞ və Azərbaycan rəsmiləri ölkəmizin enerji təhlükəsizliyində rolunu müzakirə edib
13.04.2023
ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkili Hüqo Qevara energetika naziri Pərviz Şahbazovla görüşüb.
"DM” xəbər verir ki, bu barədə səfirliyin "Tviter" hesabında bildirilir.
Məlumata görə, görüşdə enerji sahəsində əməkdaşlıq, o cümlədən, ABŞ-Azərbaycan Yaşıl Enerji Forumunun uğuru, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rolu müzakirə edilib.