21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

XİN rəhbərləri ABŞ-dan Əfqanıstana qarşı sanksiyaları ləğv etməyi tələb edib

13.04.2023

Rusiya, İran, Çin və Pakistan ABŞ-ı Əfqanıstandakı vəziyyətə görə məsuliyyəti öz üzərinə götürməyə çağırıb.

"DM" İran Xarici İşlər Nazirliyinin rəsmi "Telegram” kanalına istinadən xəbər verir ki, bu barədə Rusiya, İran, Çin və Pakistan XİN rəhbərlərinin Səmərqənddə keçirilən qeyri-rəsmi görüşün yekunlarına dair birgə bəyanatında deyilir.

Bu ölkələrin XİN başçıları həmçinin Vaşinqtondan Əfqanıstana qarşı tətbiq edilən birtərəfli sanksiyaları dərhal ləğv etməyi və bu dövlətin xarici aktivlərini geri qaytarmağı tələb ediblər.

Rusiya, İran, Çin və Pakistan həmçinin, Əfqanıstandakı Taliban hakimiyyətini qadınlar üçün məhdudiyyətləri aradan qaldırmağa çağırıb. Bəyanatda Taliban inklüziv hökumət yaratmağa və milli azlıqlar üçün məhdudiyyətləri aradan qaldırmağa təşviq edilib.