Mahmud Abbas təcili ölkəsinə geri döndü
13.11.2018
Fələstin rəhbəri Mahmud Abbas xarici səfərini yarımçıq kəsərək, ölkəsinə geri dönüb.
"Dövran Media" xəbər verir ki, bu barədə məlumatı FƏTH-in Mərkəzi Komitəsinin rəsmisi Hüseyn əş-Şeyx yayıb. Onun Qəzza sektorundakı vəziyyətlə əlaqədar geri döndüyü bildirilib.
Qeyd edək ki, İsrail Baş naziri Benyamin Netanyahu da Parisdəki görüşlərini dayandıraraq, geri dönüb.