Türk qızı səsi ilə Almaniyanı SİLKƏLƏDİ - VİDEO
13.11.2018
Türkiyəli ifaçı Sinəm Uraz səsi ilə "Almaniyanın səsi” müsabiqəsində hər kəsi valeh edib.
"Dövran Media" Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni çıxışı ilə müsabiqəyə damğa vurub. Müsabiqədə Halil Sezainin "Üsyan” adlı mahnısını ifa edən Sinəm Uraz 4 münsifin 4-nü də döndürməyə nail olaraq studiyadakıları özünə heyran qoyub.
Sinəm Uraz yarışmada qazandığı uğuru və keçirtdiyi xoşbəxtliyini belə ifadə edib:
"Çox uzun zamandır bu günü gözləyirdim və nəhayət ki, "The Voice of Germany" müsabiqəsinin 8-ci mövsümünün iştirakçısı olduğumu açıqlayıram!”