Məhbubə Hüseynova işdən çıxarılıb
13.04.2023
Bu gün Xətai rayonu 3 nömrəli Uşaq evində Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbərinin və məsul əməkdaşlarının uşaq evinin kollektivi ilə görüşü keçirilib.
"DM" xəbər verir ki, müəssisənin rəhbərliyində dəyişiklik edilərək, bu vəzifəyə Gülnarə Şəmiyevaya həvalə edilib.
Həmçinin son vaxtlarda uşaq evində baş verən hadisələrlə əlaqədar yaradılan komissiya tərəfindən göstərilən iradların qısa müddətdə aradan qaldırılması ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, sözügedən uşaq evinin direktoru Məhbubə Hüseynova idi.