Azərbaycan XİN: Ermənistan dəqiq mina xəritələrini təhvil verməlidir
13.04.2023
"Keçmiş təmas xəttindən uzaqda, bir müddət əvvəl 2021-ci il Ermənistan istehsalı olan minaların aşkar edildiyi Laçın rayonunda növbəti mina partlayışı nəticəsində azərbaycanlı mülki şəxs xəsarət alıb.
"DM"xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd edilib ki, 2020-ci ildən bəri Azərbaycanın mina qurbanların sayı 290 nəfərdir.
"Ermənistan dəqiq mina xəritələrini təhvil verməlidir”, - məlumatda deyilir.