Azərbaycanda yeni seçki məntəqələri yaradıla bilər
12.04.2023
Azərbaycanda yeni seçki məntəqələri yaradıla bilər.
"DM” xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov MSK-nın bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, ötən il 832 seçki məntəqəsi yaradılıb: "Bu ilin mayında seçici siyahılarının dəqiqləşdirilməsi başa çatdıqdan sonra seçicilərin sayında dəyişikliklərlə əlaqədar yeni seçki məntəqələri yaradılması ilə yanaşı, seçki dairələrinin ərazilərində müəyyən dəyişikliklər də ola bilər”.