Mikayıl Cabbarov Staşa Koşaraç ilə görüşüb
12.04.2023
İqtisadiyyat naziri Mikayıl Cabbarov Bosniya və Herseqovinada səfərdədir.
Bu barədə nazir öz "Facebook” profilində paylaşım edib.
O bildirib ki, Bosniya və Herseqovinanın xarici ticarət və iqtisadi əlaqələr naziri Staşa Koşaraç ilə ölkələrimizin iqtisadi əməkdaşlığının genişləndirilməsi, qarşılıqlı sərmayələrin və biznes dairələri arasında birbaşa təmasların artırılması barədə fikir mübadiləsi aparılıb.