21 11 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Ukrayna XİN Rusiya əsgərlərinin hərbi əsiri edam etdiyi video ilə bağlı bəyanat yayıb

12.04.2023

"Rusiya ordusu Ukraynada dəhşətli hərbi cinayətlər törətməyə davam edir".

"DM" xəbər verir ki, bunu Ukraynanın Xarici İşlər Nazirliyi ukraynalı əsirin Rusiya hərbçiləri tərəfindən edam edilməsi görüntüsü ilə bağlı yaydığı bəyanatında bildirib.

"Rusiya əsgərlərinin ukraynalı hərbi əsirinin başını kəsdiyi dəhşətli video Ukraynanı dəhşətə gətirib. Rusiyalı cəlladlar kamera qarşısına keçərək xüsusi amansızlıqla bir insanın həyatına qəsd edir. Bu, Rusiya ordusunun ukraynalı məhbuslara qarşı qeyri-insani rəftar etdiyi ilk hal deyil. Minlərlə belə hadisə Buça, İrpin, Qostomel, Borodyanka, Olenivka, Mariupol və Ukraynanın digər şəhər və kəndlərində qeydə alınıb.
Rusiya Ukraynada işgəncə, fiziki zorakılıq, qeyri-insani rəftar, qəsdən ağır iztirablar, ağır bədən xəsarətləri, əsir götürülən hərbçilərin və mülki şəxslərin qəsdən öldürülməsi siyasətini məqsədli şəkildə həyata keçirir", Ukrayna XİN bəyanatında bildirib.

Bəyanatda qeyd olunub ki, videoya çəkilmiş ukraynalı hərbi əsirinin öldürülməsi Cenevrə Konvensiyalarının kobud şəkildə pozulmasıdır və Ukrayna Cinayət Məcəlləsinin və Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun müddəalarına uyğun olaraq hərbi cinayətdir. "Roma Statutuna görə, bu cür hərəkətlər insanlığa qarşı cinayət kimi də qiymətləndirilə bilər. Biz Beynəlxalq Cinayət Məhkəməsinin Prokurorluğunu Rusiya Federasiyası vətəndaşlarının Ukrayna ərazisində törətdikləri hərbi cinayətlərin və insanlıq əleyhinə cinayətlərin araşdırılması kontekstində Rusiya hərbçilərinin növbəti vəhşiliyini dərhal araşdırmağa çağırırıq.
Şübhəsiz ki, Ukraynada baş verən ağır cinayətlərdə əli olan bütün şəxslər cavab verəcəklər.
Biz beynəlxalq ictimaiyyəti Ukraynaya hərbi dəstəyi gücləndirmək üçün təcili tədbirlər görməyə çağırırıq ki, bu da Ukrayna xalqını rus soyqırımından qorumağa və bütün ərazilərimizi azad etməyə kömək edəcək", Ukrayna XİN bəyanatında vurğulayıb.