Çavuşoğlu ilə Bayramov arasında telefon danışığı olub
12.04.2023
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.
"DM" xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, Çavuşoğlu Azərbaycan - Ermənistan sərhədində baş verən qarşıdurmada Azərbaycan Ordusunun 3 əsgərinin şəhid olması ilə bağlı başsağlığını bildirib.
Nazir, həmçinin Türkiyə və türk xalqının Azərbaycanı tam dəstəklədiyini vurğulayıb.