Ceyhun Bayramov: “Danışıqlar davam edəcək”
12.04.2023
"Ermənistanın reinteqrasiya prosesinə müdaxiləsi qəbuledilməzdir”.
"DM" xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani ilə keçirilən mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
O qeyd edib ki, Azərbaycan tərəfi görüşlərin Bakıda keçirilməsini təklif edib:
"Danışıqlar davam edəcək. Ancaq Ermənistanın reinteqrasiya prosesinə müdaxiləsi bizim üçün qəbuledilməzdir”.