23 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Şəhidin anasına son sözü - Ürək yandıran arzular

14.02.2018

Türkiyə Silahlı Qüvvələrinin Afrində keçirdiyi "Zeytun budağı” hərəkatının 15-ci günündə şəhid olan çavuş Fevzi Gursunun bir gün öncə anası ilə telefonla danışıbmış.
"Dövran Media" Yenişəfəq qəzetinə istinadən xəbər verir ki, telefon danışığı zamanı anası Fevzi Gursu ilə toy hazırlıqlarından söhbət ediblər. 
Anasının sözlərinə görə, oğlu son danışığında "Mayda gələcəm, sevdiyim qıza elçi gedərik. Toyumda çox adam iştirak edəcək”, - deyib:
"Xeyirxah, zarafatcıl idi. Hər kəs onu sevirdi. Aslan kimi idi. Oradakı məhmətciklər oğlumun intiqamını alsınlar. Dualarımız onlarladır. Zəfər bizim olacaq. Son danışığımızda silah səsləri gəlirdi. Çox qorxdum. O isə məni sakitləşdirmək üçün təlim hədəflərinə atəş açdıqlarını dedi. Onun şəhid olacağı heç ağlıma gəlmirdi”.