Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədrini qarşılayıb
12.04.2023
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani arasında görüş başlayıb.
Bu barədə Azərbaycan XİN məlumat yayıb.
C.Bayramov təşkilat sədrini Xarici İşlər Nazirliyinin binası önündə qarşılayıb.
Hazırda tərəflər arasında təkbətək görüş keçirilir.
Danışıqlardan sonra C.Bayramovla B.Osmani birgə mətbuat konfransı keçirəcək.
Qeyd edək ki, ATƏT sədri Azərbaycanda səfərdədir.