21 11 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Qaşıqçı cinayətində sensasiyalı SƏS: “Patronuna söylə...”

13.11.2018

ABŞ-ın "Nyu-York Tayms” qəzeti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Camal Qaşıqçı cinayəti ilə bağlı bəzi ölkələrə verdiyini dəlillərlə bağlı yeni bir iddianı ortaya atıb.
"Dövran Media" xəbər verir ki, xəbərə görə, Qaşıqçını öldürmək üçün İstanbula gələn 15 nəfərlik sui-qəsd qrupunda yer alan və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd Bin Salmanın əhəmiyyətli xarici səfərlərində iştirak edən təhlükəsizlik səlahiyyətlisi Mahir Əbdüləziz Mutreb cinayətdən qısa müddət sonra bir nəfərə zəng edib.
Nəşrin yazdığına görə, ərəbcə danışan Mutreb bir ad çəkmədən "Patronuna söylə, adamlar işini bitirdilər” deyib. "Nyu-York Tayms”ın xəbərində qeyd edilir ki, türk səlahiyyətliləri səudiyyəli təhlükəsizlik səlahiyyətlisinin telefonda ad çəkməməsinə baxmayaraq, "patron”un məhz Məhəmməd bin Salman olduğu, Mutrebin telefonda danışdığı adamın isə şahzadənin köməkçilərindən biri olduğunu təxmin edir. Amma amerikalı səlahiyyətlilər bu dəlilin vəliəhd şahzadənin cinayətlə əlaqəsinə dair "inkar ediləbilməz bir dəlil ola bilməyəcəyini” vurğulayırlar.
Səudiyyə Ərəbistanı isə Amerika nəşrinin xəbərini rədd edib. Bildirilib ki Türkiyənin kəşfiyyat qurumları cinayətə dair səs qeydlərini Səudiyyə tərəfinə dinlədiblər, lakin səs qeydlərində bu hissəyə rast gəlinməyib.
Qeyd edək ki, Fransa səfərindən qayıdan zaman jurnalistlərin suallarını cavablandıran Türkiyə prezidenti cinayətlə bağlı dəlilləri ABŞ, Fransa, Kanada, Almaniya, İngiltərə və Səudiyyə Ərəbistanına təqdim etdiyini bildirib.
"Həqiqətən, bir fəlakətdir. Hətta Səudiyyə kəşfiyyatçısı səs qeydini dinlədikdə "Hər halda, bu heroin qəbul edib, bunu ancaq heroin qəbul edən biri edər” dedi. O, səs qeydini dinlədikdə şok oldu. Buna baxmayaraq, hadisəni təhrif etmək və başqa istiqamətə aparmaq istəyənlər var”, - Türkiyə prezidenti vurğulayıb.
Xatırladaq ki, Səudiyyə jurnalisti Camal Qaşıqçı "Vaşinqton Post” qəzetində işləyirdi və 2017-ci ildən ABŞ-da yaşayırdı. O, oktyabrın 2-də İstanbulda Səudiyyə Ərəbistanının Baş konsulluğunun binasına girəndən sonra yoxa çıxıb. Oktyabrın 20-da Səudiyyə Ərəbistanının Baş prokurorunun yaydığı xəbərə görə, jurnalist konsulluq əməkdaşları ilə dava nəticəsində ölüb. Hadisə ilə əlaqədar 18 nəfər saxlanılıb.