Ruben Rubinyan : Ermənistan-Türkiyə sərhədinin açılması yayda planlaşdırılır
11.04.2023
Ermənistan və Türkiyə sərhədlərinin 3-cü ölkə vətəndaşları üçün açılması yayda planlaşdırılır.
"DM" "Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin vitse-spikeri, Türkiyə ilə danışıqlar üzrə xüsusi nümayəndə Ruben Rubinyan jurnalistlərə açıqlamasında deyib
O, Türkiyə ilə sərhəddə yerləşən "Marqara” nəzarət-buraxılış məntəqəsinin açılması üçün texniki vasitələrlə təmin olunduğunu deyib.
Ruben Rubinyan əmin edib ki, Türkiyə tərəfi də sərhədin öz tərəfində analoji tədbirlər görüb.
Ruben Rubinyan Türkiyə-Ermənistan sərhədində yerləşən Ani körpüsünün də bərpasının qüvvədə olduğunu, lakin işlərin hələ başlamadığını qeyd edib