Yunanlar Türkiyəyə meydan oxudu
13.11.2018
Ərazi sularımız başqa ölkələr tərəfindən inkar edilə bilməz.
"Dövran Media" xəbər verir ki, bu sözləri Yunanıstan Prezidenti Prokopis Pavlopulos deyib.
"Yunanıstan lazım bildiyi an ərazi sularını genişləndirmək haqqına sahibdir. Sərhədləri hər cür təhlükəyə qarşı gücləndirmək Yunanıstanın təbii haqqıdır”, - deyə prezident bildirib.
Qeyd edək ki, Egey dənizində yerləşən adalardan dolayı Türkiyə və Yunanıstan arasında müəyyən zamanlarda gərginlik yaşanır.