Koronavirusla bağlı SON STATİSTİKA
11.04.2023
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 56 yeni yoluxma faktı qeydə alınıb, 85 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında 1 nəfər ölüb.
Azərbaycanda indiyədək ümumilikdə 830 423 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 819 755 nəfər müalicə olunaraq sağalıb, 10 198 nəfər vəfat edib, aktiv xəstə sayı 470 nəfərdir.
Ölkədə son sutka ərzində 1 463, hazırkı dövrədək isə 7 570 522 test aparılıb.