Ərdoğan: Türkiyədə seçkilərin nəticəsini bütün İslam dünyası gözləyir
11.04.2023
Türkiyə çevrilişlərə və qlobal imperialistlərin oyunlarına qarşı "Türk əsri” ilə cavab verəcək.
"DM"-nın verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının millət vəkili namizədlərinin tanıtım mitinqində çıxışı zamanı bildirib.
O qeyd edib, 14 mayda Türkiyədə baş tutacaq prezident və parlament seçkilərinin nəticəsini bütün İslam dünyası gözləyir:
"Qlobal nizamın yenidən qurulduğu bu kritik dövrdə ölkə idarəçiliyində AKP təcrübəsinə malik kadrların olması çox dəyərlidir”.