Suren Papikyan NATO qərargahında görüş keçirib
11.04.2023
Ermənistanın müdafiə naziri Suren Papikyan Brüsselə işgüzar səfəri zamanı NATO-nun Avropadakı Ali Komandanlığının qərargahında görüş keçirib.
"DM" xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, görüşdə Şimali Atlantika Alyansına üzv ölkələrin hərbi idarələrinin nümayəndələri də iştirak ediblər.
Papikyanın NATO hərbçiləri ilə konkret hansı məsələləri müzakirə etdiyi açıqlanmır.