Soylu: "Türkiyə tarixi qərar ərəfəsindədir"
11.04.2023
"Türkiyə indiyədək bir çox tarixi əhəmiyyətli qərarlar verib. İndi yenə tarixi qərar ərəfəsindəyik".
"DM"-nın xəbərinə görə, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.
O bildirib ki, 20 il əvvələdək ölkənin şərq və cənub şərqində vəziyyət çox ağır idi: "İnsanlar qorxa-qorxa küçəyə çıxırdı. İndi isə durum dəyişib. Bundan sonra hansı Türkiyənin olmasına dair qərarı isə xalq verəcək. Gələcəkdə hansı Türkiyənin mövcud olacağı tamamilə xalqın iradəsindən asılıdır".
Nazir söyləyib ki, fevralın 6-da baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində işlər bundan sonra da davam etdiriləcək: "Biz xalq üçün çalışmaqdan məmnunuq".
Xatırladaq ki, bu gün "Cümhur İttifaqı”nın prezidentliyə namizədi Rəcəb Tayyib Ərdoğanın lideri olduğu hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) seçki bəyannaməsini açıqlayacaq.