Neftin qiyməti 112 dollaradək qalxa bilər - PROQNOZ
13.11.2018
2040-cı ildə neftə olan tələbat təklifi üstələyəcək, buna görə də bir barelin qiymətinin 112 dollaradək yüksəlməsi gözlənilir.
"Dövran Media" TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə "World Energy Outlook 2018”də qeyd olunub.
Məlumatda bildirilir ki, 2040-cı ildə neftə olan tələbat bir sutkada 106,3 mln. barel, hasilat isə 103,4 mln. barel olacaq.
Ekspertlərin fikrincə, 2025-ci ilə qədər neftə olan qlobal tələbat bir sutkada orta hesabla milyon barel artacaq, lakin daha sonra bu temp ləngiyəcək.
Bu proqnoz dünyanın aparıcı iqtisadi güclərinin uzunmüddətli inkişaf strategiyasını (məsələn, havanın çirklənməsinə qarşı mübarizə, yeni enerji standartları kimi amilləri) ortaya qoyması ilə gerçəkləşə bilər.
Digər versiyaya əsasən, mövcud siyasi kurs şəraitində neftin qiyməti 137 dollar, tələb və təklif isə bir sutkada müvafiq olaraq 120,5 mln.,117,2 mln. barel həddinə çata bilər.