21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Azərbaycan Qazaxıstanın enerji sektoruna investisiya marağını bildirib

11.04.2023

Qazaxıstan Respublikasının neft ehtiyatları ölkəyə hələ 100 il bəs edəcək.

"DM”-nın "Kazinform” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev bildirib.

"İlkin proqnozlara görə, 100 il ərzində bu, şübhəsiz ki, kifayət edəcək. Amma demək istəyirəm ki, bizim perspektivli bloklarımız var. Dövlət başçısının dəstəyi ilə hökumət bu yataqların hasilatının kəşfiyyatı üçün xüsusi olaraq kifayət qədər ciddi üstünlükləri nəzərdə tutan yeni nümunəvi müqavilə hazırlayıb və təsdiq edib. Artıq bir çox şirkətlər onlardan yararlanıb, xüsusən də "Lukoil” müvafiq müqavilə imzalayıb”, - nazir qeyd edib.

Buna baxmayaraq, Almasadam Satkaliyevin fikrincə, ehtiyatların bərpası barədə indidən düşünmək lazımdır.

"Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri zamanı Azərbaycan heyətinin nümayəndələri artıq investisiyalara maraqlarını bildiriblər. Onlar karbohidrogenlərin kəşfiyyatı və hasilatı ilə bağlı yeni suallar qaldırıblar. Biz başa düşürük ki, enerjiyə artan tələbata əsaslanaraq, resurs bazasının artırılmasına xərcləri davam etdirməliyik”, - nazir vurğulayıb.