Tokayev: “ Bakı ilə İrəvan arasında sülh müqaviləsinin tezliklə imzalanmasının tərəfdarıyıq”
10.04.2023
"Qazaxıstan Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mümkün qədər tez imzalanması istiqamətində səyləri dəstəkləyir”.
"DM" TASS-a istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyev ilə danışıqların yekunu üzrə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Qazaxıstan və Azərbaycan müxtəlif çoxtərəfli strukturlar çərçivəsində səmərəli əməkdaşlıq edir, bir çox aktual beynəlxalq və regional məsələlərdə oxşar mövqedən çıxış edirlər:
"Bu mənada qeyd etmək istəyirəm ki, Qazaxıstan ənənəvi olaraq Azərbaycan və Ermənistan arasında münasibətlərin diplomatik yolla tənzimlənməsinin tərəfdarıdır, həmçinin sülh müqaviləsinin mümkün qədər tez imzalanması istiqamətində səyləri alqışlayır. Ümumilikdə, regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üçün birgə tədbirlərin görülməsi və qarşılıqlı dəstəyin göstərilməsi məsələsində ümumi nəzər nöqtəsindən çıxış edirik”.