Navalnının Rusiyanı tərk etməsi qadağan edildi
13.11.2018
Rusiyalı müxalif bloger Aleksey Navalnının Rusiyanı tərk etməsi qadağan edilib.
"Dövran Media" xəbər verir ki, bu məlumatı Navalnının özü sosial şəbəkələrdəki hesabında paylaşıb.
"Sərhədçilər mənə Rusiyadan çıxışın üzümə bağlı olduğunu deyirlər. Qadağanı göstərən məktub var, amma səbəbi izah edilmir”, – deyə o bildirib.
Qeyd edək ki, Navalnı yaxın bir neçə gün sonra Avropa İnsan Haqları Məhkəməsinə getməli və burada öz işiylə bağlı yekun qərarı dinləməli idi.