21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

KİV: “İran Zəngəzur dəhlizinin açılmasına qarşıdır”

10.04.2023

"İran Zəngəzur dəhlizinin açılmasına qarşı çıxmaqla regional inkişafı ləngidir”.

"DM" "Foreign Affairs" nəşrinə istinadən xəbər verir ki, Azərbaycanın iki hissəsini - Naxçıvan Muxtar Respublikası və ölkənin qalan hissəsini quru yolu ilə birləşdirəcək Zəngəzur dəhlizinin yaradılması İranı Ermənistan ilə ümumi sərhəddən məhrum edə bilər.

"Ermənistanı Avrasiya ilə əlaqələndirici vasitə kimi nəzərdən keçirən İran regionun beynəlxalq səviyyədə tanınmış sərhədlərində istənilən dəyişikliyə qarşı hərbi güc tətbiq etməklə hədələyib. Ötən ilin iyulunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü zamanı İranın Ali dini lideri Ayətullah Əli Xamenei "minilliklər boyu mövcud olan” yolu bağlamaqla İran və Ermənistan arasında maneə yaratmaqdan çəkinməyə çağırmışdı.

"Foreign Affairs" yazır ki, İkinci Qarabağ müharibəsi regionda yeni reallıqlar yaradıb: "Şiə din xadimləri tərəfindən idarə olunan İran uzun müddətdir əsas himayədarı Rusiya olan və xristianların çoxluq təşkil etdiyi Ermənistana iqtisadi dəstək verib. Bu arada İsrail və sünni əhalinin üstünlük təşkil etdiyi Türkiyə əsasən şiə əhalinin yaşadığı Azərbaycan ilə strateji ittifaq bağlayıb”.

Məqalədə qeyd olunur ki, Azərbaycan ilə İran arasında münasibətlər çox gərgindir. Xüsusilə, İran Azərbaycanın İsrail ilə münasibətlərinin yaxşılaşmasından çox narahatdır.

"Son illərdə İran Tehrana qarşı ortaq düşmənçiliyin İsrail ilə Fars körfəzində yerləşən ərəb ölkələrinin yaxınlaşdırmasını müşahidə edib. İranlılar indi İsrail ilə əsasən türklərin yaşadığı iki ölkə - Türkiyə və Azərbaycan arasında oxşar dinamikanın yaranacağından ehtiyat edirlər", - nəşr yazır.

Öz növbəsində İran ilə Azərbaycan arasında münasibətlər getdikcə gərginləşir. Son iki ildə İran ordusu və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Azərbaycan ilə sərhəddə Ermənistan ilə birgə irimiqyaslı hərbi təlimlər keçirib. Yanvar ayında silahlı şəxsin Azərbaycanın Tehrandakı səfirliyinə hücum etməsi nəticəsində səfirliyin təhlükəsizlik xidmətinin rəisinin qətlə yetirilməsi və iki nəfərin yaralanması vəziyyəti daha da gərginləşdirib. Rəsmi Bakı bunu "terror aktı" adlandırıb və səfirliyi təxliyə edib, İran rəsmiləri isə hücum edən şəxsin siyasi deyil, şəxsi motivlərinin olmasında israr ediblər.

Bundan başqa, martın 28-də tez-tez İran əleyhinə çıxışlar edən azərbaycanlı deputata qarşı sui-qəsd olub. Bundan sonra Azərbaycan İrana işləyən bir qrup şəxsi aşkar edib, həmçinin İranın Bakıdakı səfirliyinin 4 əməkdaşını "persona-non-qrata” (arzuolunmaz şəxs) elan edib.